PlayStation 2

PlayStation 2- nin rəsmi logosu
PlayStation 2

PlayStation 2 (PS2) - PlayStation-dan sonra Sony Computer Entertainment-in istehsal etdiyi ikinci videooyun konsolu. Hazırlanması 1999 ilinde başlanılan konsol, ilk dəfə 2000-ci il Martın 4-də Yaponiyada satışa çıxarılmışdır. Başlıca rəqibləri Sega-nın Dreamcast, Microsoft-un Xbox və Nintendo-nun GameCube-u idilər. Qısa vaxtda hər kəs tərəfindən bəyənilmişdir. PlayStation 2 çıxışından etibarən bu vaxta qədər təxminən 153,19 milyon ədəd satılmış, və bununla da dünyanın ən çox satılan oyun konsoluna çevrilmişdir. Qalın və incə olaraq iki ayrı görkəmdə satılır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search